Konstitusiya Məhkəməsində beynəlxalq müşahidəçilərlə görüş

post-img

Fevralın 6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

Görüş zamanı sədr Fərhad Abdulla­yev ölkəmizdə seçki prosesinin ildən-ilə müasirləşdiyini qeyd edib. O, Konstitusi­ya Məhkəməsinin Azərbaycan Respubli­kası Prezidentinin seçkiləri ilə bağlı Kons­titusiyada və qanunlarda təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, MDB Parlamentlərara­sı Assambleyanın beynəlxalq müşahidə­çilərinin rəyləri və təklifləri seçki prosesi üçün əhəmiyyətlidir.

MDB PA-nın beynəlxalq müşahi­dəçiləri təqdim olunan məlumata görə təşəkkürünü ifadə edərək, öz fəaliyyəti və məqsədləri barədə danışıblar. Bey­nəlxalq müşahidəçilər bildiriblər ki, seç­kilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xü­susi əhəmiyyət kəsb edir. Söhbət zamanı Azərbaycanda qarşıdakı növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər ət­rafında fikir mübadiləsi aparılıb.

F.Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə ke­çiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Görüş zamanı seçki prosesi ilə bağlı hüquqi məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin Konstitusiya Məh­kəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər