Ölkəmiz daha bir seçki təntənəsi yaşayır

post-img

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.

MSK sədri ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçirilə­cəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.

“Biz bu seçkiləri Zəfər seçkiləri adlan­dırırıq”, - deyən M.Pənahov seçkilərdə mübarizə aparacaq namizədlər, həmçi­nin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidə­çilər üçün yaradılmış şərait barədə məlu­mat verib.

Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəh­bəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkiləri fəal şəkil­də müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər za­man belə olacaq: “İlk dəfə olaraq seçkiləri bütöv Azərbaycan torpaqlarında müşahi­də etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkiləri işğal­dan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbay­canda seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqla­yacağıq”.

Əliqismət BƏDƏLOV
XQ 

Son xəbərlər