Romada soydaşlarımız səfirliyimizdə səs verirlər

post-img

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.

Seçki Məcəlləsinə uy­ğun yaradılan məntəqə­də seçki komissiyasının sədri, katibi və üzvləri seçilib, səsvermə üçün bütün hazırlıqlar görülüb. İtaliya, Malta və San-Ma­rinoda yaşayan və ya uzunmüddətli xarici eza­miyyətlərdə olan vətən­daşlarımız fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək səsver­mədə iştirak edəcəklər.

Qeyd edək ki, pre­zident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlər­də olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olun­ması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

XQ

Son xəbərlər