Mətbuat Şurasında seçkilərlə bağlı “qaynar xətt” fəaliyyət göstərir

post-img

Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək zəngləri qəbul edəcək. 

Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıq­landırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə ediblər. 

Bundan başqa, Mətbuat Şu­rası İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalist­lərin peşə fəaliyyətlərini gerçəkləşdir­mələri üçün yaradılmış vəziyyəti müşa­hidə edirlər. 

Qeyd edək ki, Mətbuat Şurası jur­nalistlərin Prezident seçkilərinin işıq­landırılması ilə bağlı sərbəst fəaliy­yətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyir.

Son xəbərlər