Çində Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsvermə başlayıb

post-img

Çin Xalq Respublikasındakı səfirliyimizdə Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

Yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 04: 00) səsvermə başlayıb.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.





Son xəbərlər