Şərqi Zəngəzur köçkünləri seçkilərə öyünclə gedirlər

post-img

Növbədənkənar prezident seçkilərinin yaddaqalan cəhətlərindən biri də səsvermənin Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Bu, son 30 ilin ən əlamətdar hadisələrindəndir. İndi ölkəmizin hər yerində, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağı dalğalanır. 

“Biz prezident seçkilərinə alnıaçıq, üzüağ gedirik. Fəxr edir, qürur duyuruq ki, ölkəmizin gələcək prezidentini öz də­də-baba yurdumuzda seçəcəyik. Seç­kilərə başımzı dik tutaraq gedirik. Çünki biz isti ocaqlarımızda, dədə-baba evimiz­də, eşiyimizdəyik”.

Bu sözləri 30 ildən sonra el-obalarına qayıtmış keçmiş məcburi köçkünlərdən eşitmək hər birimizin qəlbini dağa dön­dərir, gələcəyə olan inamımızı daha da artırır. 120 saylı Cəbrayıl–Qubadlı Seçki Dairəsinin baş məsləhətçisi Ömər Kəlba­lıyev bu sözləri deyəndə sevincini gizlədə bilmirdi. Dedi ki, bu seçkilərdə Cəbrayıl–Qubadlı dairəsi üzrə 54 min 554 seçicinin səs verməsi nəzərdə tutulub. Artıq onların hər birinə bildirişlər verilib. Əslində, bildi­rişi alan seçicilər seçki haqqında tam mə­lumatlıdırlar. Deyirlər ki, artıq beynəlxalq aləmin də bu seçkilərdən məlumatı var. Elə olmasaydı, yersiz bəhanələrlə ölkə­mizə qarşı təhdid və təzyiq vasitələrindən istifadə etməzdilər. Ancaq unutmasınlar ki, onların bu əsassız təzyiqləri Azərbay­canı, xalqımızı mövqeyindən döndərə bil­məyəcək. Biz seçkini mütəşəkkil surətdə keçirəcəyik.

Ö.Kəlbalıyev dedi ki, Ermənistanı ha­vadarları ilə bərabər cəmi 44 günə diz çökdürən, separatçı rejimin otuz il ərzin­də qurduğu yuvanı bir gün ərzində dar­madağın edən, işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə xarüqələr ya­radan, keçmiş məcburi köçkünlər uçun ata-baba yurdlarında hər cür şəraiti olan kənd, qəsəbə, şəhər salan, soydaşları­mızın təhlükəsizliyini təmin edən, onları öz evlərinə qaytaran dövlətimiz təzyiq və təhdidlərdən qorxub çəkinən deyil. Dairə­nin ərazisindəki 81 seçki məntəqəsində, onlardan 3-ü Qubadlı rayonu ərazisin­də yaradılıb, seçkiyə hazırlıq işləri başa çatıb. Hətta həmin ərazilərdə keçiriləcək seçki prosesini izləmək üçün 1048 müşa­hidəçi də qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər də işğaldan azad edilmiş ərazilərdə keçirilən seçkiləri izləməkdə maraqlıdırlar. Bu günlərdə ATƏT-in müşa­hidəçiləri də dairədə və seçki məntəqələ­rində olublar.

DSK nümayəndəsi aşağı seçki ko­missiyaları üzvlərinin MSK tərəfindən təşkil edilmiş maarifləndirici proqramlar çərçivəsində keçirilən tədbirlərdə iştirak edərək seçkiyə aid məsələlərlə yaxından tanış olduqlarını, bilik və vərdişlərini daha da təkmilləşdirdiklərini bildirib. Ən başlı­cası odur ki, keçmiş məcburi köçkünlər doğma yurdlarında səs verəcəklər.

Prezident seçkilərində, ümumilikdə, səs verəcək 54 min 554 seçicidən 3 min 236 nəfəri Qubadlı rayonunun payına dü­şür. Onların seçkidə iştirakları–konstitu­sion hüquqlarının təmin olunması üçün bütün vasitələrdən istifadə olunub. İşğal­dan azad edilmiş ərazilərimizin sakinləri prezident seçkiləri kimi məsul və zəruri si­yasi kampaniyada alnıaçıq, üzüağ iştirak etməkdən qürur duyduqlarını bildirirlər. 

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər