2024-cü il fevralın 7-ə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə Xankəndidə geniş hazırlıq işləri gedir. Bu nə röyadır, nə də xəyal, əsl reallıqdır. Seçicilər böyük səbirsizliklə həmin günü gözləyirlər. 122 saylı Xankəndi seçki dairəsinin 14-cü seçki məntəqəsi Xankəndi şəhərinin mərkəzində yerləşir. Özü də keçmiş mərkəzi inzibati binada. Yəni, separatçı rejimin “rəhbərlərinin” yuva saldıqları parlament binasında. İndi həmin binanın üzərində və qarşısında Azərbaycan Bayrağı dalğalanır. Binanın içərisində isə 14 saylı seçki məntəqəsi yerləşir. Fevralın 7-də Azərbaycan vətəndaşları həmin seçki məntəqəsinə gedərək ölkəmizin növbəti Prezidentini seçəcəklər. Bu seçkilərdən sonra dünya birliyi bir daha şahid olacaq ki, Qarabağ Azərbaycandır.
122 saylı Xankəndi seki dairəsi dairə seçki komissiyasınn sədri Mədinə Abbasova ilə söhbətimizi bu mövzuda davam etdirdik. Mədinə xanımla söhbət zamanı məlum olur ki, onun seçki prosesində biliyi və təcrubəsi böyükdür. Deyir ki, Xankəndidə seçkilərə elə hazırlaşmışıq ki, həm Ermənistan, həm də onun havadarları, eləcə də islamofob, Azərbaycanofob və türkəfob qüvvələr yana-yana qalsınlar. Sanki Xankəndidə el şənliyi, toy-bayram olacaq. Bu, əsl bayram seçkisi olacaq.
Əslən qarabağlı olan M.Abbasovanın atası Birinci Qarabağ müharibəsinin qazisidir. Deyir ki, atasının ən böyük arzusu işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi idi:
– Mən Xankəndi seçki məntqəsinə gedərkən separatçı rejimin başçısı Arayik Arutyunyanın oturduğu kabinetə getdim və həmin otağın pəncərəsini acaraq atamla görüntülü danşdım. Danışdıqca, binanın həyətindəki və digər yerlərdən asılmış Azərbaycan Bayrağını göstərdim. Dedim ki, ata, bax, mən Xankəndidəyəm. Özü də Arayikin keçmiş kabinetindən görüntülü danşıram. Görürsən ki, şəhidlərimizin qanı yerdə, sənin kimi sağlamlğını itirmiş minlərlə qazimizin torpaq həsrəti gözünüzdə, ürəyinizdə qalmadı. Təsəvvür etdim ki, atamın ağrı-acısı həmin anda yaddan çıxdı. Dedi ki, qızım, bu vaxta qədər mənə bu cür qiymətli hədiyyə verən olmamışdı. İndi mən özümü dünyanın ən xoşbəxt, ən sağlam insanı hesab edirəm.
Özüm Xankəndiyə gedə bilməsəm də, doğma qızımın səsini oradan eşidirəm. Dedim, darıxma ata, inşallah, bu gün-sabah gələrsən. Sənin də səsin Xankəndidən gələr. Artq Xankəndi düşməndən azad edilib. Bu yerdə dövlət başçımızın Xankəndidə Azərbaycan Bayrağını qaldırdığı səhnə gözlərim önündə canlandı. Atam sevincindən hönkür-hönkür ağlamışdı. Ömrümdə atamı bu qədər, sevincli, şad-xürrəm bu qədər qürurlu görməmişdim. Dedi ki, İlahi, ölmədim, bu günü də gördüm. Həmin gün ailəmizdə sevinc-sevincə, şadlıq-şadlığa qarışmışdı. Atam hər gün Şuşaya, Xankəndiyə getməyə hazırlaşırdı. Səbirli ol, ata. İnşallah seçkilərdən sonra arzuna çatarsan.
M.Abbasova seçkilərə hazırlıqdan da danışdı. Dedi ki, artıq Xankəndidəki 14 saylı seçki məntəqəsi seçicilərin yolunu gözləyir.
Söhbətimizi Xankəndi seçki məntəqəsinin sədri İmran Mirzəyevlə davam etdirdik. O dedi:
– Biz Xankəndini tərk edəndə mənim 19 yaşım var idi. Otuz ildən sonra yenidən doğma el-obamda, isti ocağmızdayam. Seçki komissiyası formalaşan gündən buradayam. Seçki məntəqəsi çox səliqəlidir. Seçkilərin demokratik, azad keçirilməsi üçün bütün imkanlardan istifadə olunub. Yaxşı bilirik ki, hazırda dünya ictimaiyyətinin nəzər-diqqəti Xankəndiyə, Şuşaya yönəlib. Seçkilərin şəffaf keçirilməsi üçün komissiyamızın üzvləri üçün təşkil olunan treninqlərdə fəal iştirak etmişik.
Seçki ilə bağlı bilik və vərdişlərimizin daha da təkmilləşdirilməsində maarifləndirici proqramların, xüsusilə treninqlərin rolu böyükdür. MSK seçki məntəqəsini lazım olan bütün ləvazimatlarla təmin edib. Barmaqların gözlə görünməyən mürəkkəb balonlarından tutmuş bənövşəyi lampalar, daşınan və daşınmaz seçki qutuları, metodiki vəsaitlər, yaddaş kitabçaları, əyani vəsaitlər və digər zəruri ləvazimatlara qədər hamısı seçki məntəqəsinə vaxtında çatdırılıb. Seşki məntəqəsinin yaxınlığında quraşdırılmış dəmir lövhədə prezidentliyə namizədlərin təşviqat aparmaları üçün bərabər səviyyədə yer ayrılıb. Biz demokratik, azad və şəffaf seçki keçirməklə Ermənistan və onun havadarlarına gözdağı verəcəyik.
Hüseyn Əhmədov, seçki məntəqəsinin katibi:
– Mən Bakıda anadan olmuşam. Atam-anam, babam-nənəm isə Xankəndidəndir. Xankəndidə seçki məntəqəsi yaradılandan buradayam. Artıq buralara elə öyrəşmişəm ki, Bakya qayıtmaq istəmirəm. Valideynlərim doğma yurdlarına dönən kimi, mən də onlarla qayıdacağam. Seçkiyə hazırlığa gəlincə, bütün işlər başa çatıb. Biz seçki bayramına hazırlaşırıq. Seçici siyahıları məntəqənin münasib yerindən asılıb.
Xankəndinin bütün ərazisini seçkiyə çağırış plakatları bəzəyir.Artıq səsvermə bülletenləri də seçki məntəqəsindədir. Hər tərəfdə Azərbaycan Bayrağı dalğalanır. Hər birmiz üçün qürurverici, iftixarlı bir mənzərə yaranıb. Bu mənzərəni, beynəlxalq müşahidəçilər də görüblər. Halbuki, 2020-ci ilə qədər Xankəndidə keçirilən saxta, qondarma seçkilərdə bir nəfər də olsun beynəlxalq müşahidəçi iştirak etməmişdi. Axı biz qalibik, düşmənin başını əzmişik və növbədənkənar prezident seçkilərinə qalib ölkənin vətəndaşları kimi gedirik.
Əliqismət BƏDƏLOV
XQ