Ölkə ərazisində 40 cinayətin açılması təmin olunub

post-img

Fevralın 4-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər