Baş prokurorun Xəzər rayonunda vətəndaş qəbulu

post-img

Dünən Baş prokuror Kamran Əliyev Xəzər rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Xəzər, Pirallahı rayonları və Respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib.

Dinlənilən 34 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatla­rın araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət iş­ləri üzrə dövlət ittihamının mü­dafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokuror­luqda və ya aidiyyəti icra orqan­larında operativ həlli üçün mü­vafiq göstərişlər verilib.

Sonra Kamran Əliyev pro­kurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxıl­ması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorla­rın fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Baş prokuror Kamran Əliyev Pirallahı rayon prokurorluğunun tikilməkdə olan yeni inzibati binasında inşaat iş­ləri ilə tanış olub.

XQ

Son xəbərlər