72 laçınlı da doğma yurda qovuşdu

post-img

Dünən paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlə­rin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngə­zur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi­nin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr La­çın şəhərində vaxtilə yaşadıqları, işğala son qo­yulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlər­də məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhə­rinə daha 23 ailə – 72 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

XQ

Son xəbərlər