Əli Əsədovun Rusiya naziri ilə görüşü

post-img

Yanvarın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə məsələləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Aleksandr Kurenkovla görüşüb.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaş­lığının yüksək səviyyəsi qeyd olunub. İki ölkənin bütün istiqamətlərdə, o cümlədən, fövqəladə hal­ların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığının fəal inki­şafı vurğulanıb.

Tərəflər Azərbaycan Respublikasının Fövqə­ladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə Məsələləri, Fövqəladə Hallar və Tə­bii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2024–2026-cı illər üçün Birgə Tədbirlər Planının imzalanmasının vacibliyini bil­diriblər.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsinin perspektivləri müzakirə olu­nub. 

XQ

Son xəbərlər