Beynəlxalq Türk Akademiyasına Qazaxıstan Prezidentinin təşəkkürü çatdırılıb

post-img

Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında görüş keçirilib.

Əvvəlcə nazir Sayasat Nurbek Qazaxıstan Respublikasının Pre­zidenti Kasım-Jomart Tokayevin Akademiyaya ünvanladığı təşəkkür məktubunu akademik Şahin Musta­fayevə təqdim edib. Şahin Mustafa­yev Beynəlxalq Türk Akademiyası­nın ötənilki fəaliyyətinin yekunları və bu il həyata keçirilən əsas layihələr barədə məlumat verib.

Görüşdə Beynəlxalq Türk Aka­demiyası Elm Şurasının növbəti icla­sında müzakirə olunacaq məsələlər, eləcə də türkdilli ölkələr arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə dair fikir mü­badiləsi aparılıb. 

Sonda Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çapdan çıxmış Əhməd Baytursınulının əsərlərin­dən ibarət 5 cildlik akademik tədqiqatı na­zirə təqdim edib.

Son xəbərlər