Müşahidəçilərin fəal olması önəmlidir

post-img

Növbədənkənar prezident seçkilərini izləmək üçün 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Builki seçkilərdə “exit-poll”un keçirilməsi üçün 3 təşkilat müraciət edib. 

İndiyə qədər 512 beynəlxalq müşahi­dəçi akkreditasiyadan keçib. MSK sədri Məzahir Pənahov deyib ki, beynəlxalq qurumların yaxşı müşahidə aparması vacibdir. Çünki müşahidəçilərin müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətlə­ri var. Bu səbəbdən də müşahidəçilərin fəal olması önəmlidir. MSK-da akkredita­siyadan keçən beynəlxalq müşahidəçilər ölkə üzrə kifayət qədər müşahidə apar­maq hüququna malikdirlər. ATƏT/ DTHİB və MDB-nin müşahidə missiyaları böyük sayda müşahidəçilərlə təmsil olunurlar. Digər böyük və nüfuzlu təşkilatların da müşahidəçiləri seçkinin gedişini izləyə­cəklər.

M.Pənahov deyib ki, ATƏT/DTHİB-nin müşahidə missiyasının işğaldan azad olunmuş ərazilərdə seçki prosesini izləmələri arzuolunandır. Seç­ki prosesini işığlandırmaq üçün 23 bey­nəlxalq media qurumu qeydiyyata alınıb. MSK sədrinin sözünə görə, erməni əsilli şəxslər səsvermədə Azərbaycan vətən­daşı kimi iştirak edə bilərlər. Azərbaycan vətəndaşı olan bütün milli azlıqların ha­mısı səsvermədə eyni hüquqa malikdir. Ümumiyyətlə, Azərbaycanın ərazisində müstəsna hüquqa malik olan heç bir milli azlıq yoxdur. Bu, ölkəmizin üstünlüyüdür.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər