Bişkekdə soydaşlarımız 7 fevralı gözləyirlər

post-img

Azərbaycanın Qırğızıstandakı səfirliyində Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası tərəfindən təyin olunmuş beynəlxalq müşahidəçi İslambek Mursabekovla görüş keçirilib.

İslambek Mursabekov fevralın 7-nə təyin olunmuş növbədənkə­nar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar təşkil olunmuş seçki məntəqəsinin komissiya üzvləri ilə tanış olub. Həmçinin seçki məntəqəsinə baxış keçirilib.

Səfir Lətif Qəndilov seçkilərin təşkili istiqamətində aparılan işlərə dair qarşı tərəfə məlumat verib.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər