“Mənim səsim” ucadan eşidiləcək

post-img

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası 7 fevral növbədənkənar prezident seçkilərinin monitorinqi ilə bağlı aralıq hesabat yayıb. Hesabatda koalisiyanın seçkiqabağı vəziyyətlə bağlı müşahidələri öz əksini tapıb. Hesabatda qeyd edilib ki, ötən dövr ərzində koalisiyanın Azərbaycan ərazisini əhatə edən 63 seçki dairəsində müşahidələr aparmaq üçün 500 müşahidəçisi qeydiyyata alınıb: “7 fevral növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən seçki proseslərini müşahidə etməkdəyik”.

Koalisiya Mərkəzi Secki Komisiyası­na müraciətləri, bu müraciətlərin araşdı­rılması, namizədlərə imza vərəqələrinin verilməsi, imzatoplama kampaniyası, toplanan sənədlərə MSK-nın qəbulu və münasibəti, habelə digər prosesləri daim izləməkdədir.

MSK tərəfindən seçkilərin daha de­mokratik və şəffaf keçirilə bilməsinə şə­rait yaradan bir sıra müsbət dəyişikliklər edilməsi də hesabatda öz əksini tapıb. Ölkənin bütün ərazisində seçkilər ke­cirilməsi üçün 125 seçki dairəsi, dairə seçki komissiyası, 6 319 məntəqə seçki komissiyası fəaliyyət göstərir: Koalisiya belə qənaətə gəlib ki, müşahidəçilərin topladığı məlumat əsasında bütün da­irələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri yüksək səviyyədə getməkdədir. Bu işə təcrübəli, seçki texnologiyaları barədə ətraflı məlumatı olan insanlar cəlb edilib.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər