“Ermənistan hakimiyyəti silah əldə etməkdə uğurdan danışır. Bununla belə, biz bir şeyi başa düşməliyik: silah, sadəcə, mübarizə vasitəsidir”.
Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan Ermənistan mətbuatına müsahibəsi zamanı baş nazir Paşinyanın müxtəlif silah sistemlərinin alınması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Silahların olması ikinci dərəcəlidir. Birincisi, istək, bilik və bacarıq olmalıdır, silah isə, sadəcə, bir vasitədir.
Azərbaycanın yeni eskalasiya həyata keçirməsi ehtimalına gəlincə, deyə bilərəm ki, hər şey mümkündür. Azərbaycan qarşısına hansı məqsəd qoyubsa, ona nail olacaq”, - deyə M.Akopyan bildirib.
Rizvan FIKRƏTOĞLU
XQ