Avtomobil nəqliyyatı ilə daşımalar 9 faiz artıb

post-img

2023-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12 milyard 97 milyon dollar dəyərində 5 milyon 425  min ton məhsul daşınıb.

Dövlət Gömrük Komitəsinin məlumatında daha sonra bildirilir ki, bu göstəricilər 2022-ci ilə nisbətən müvafiq olaraq 15 faiz və 9 faiz çoxdur.

Məlumatda, həmçinin deyilir ki, ötən il avtomobil nəqliyyatı ilə 1 milyard 828 milyon dollar (əvvəlki illə müqayisədə 3 faiz çox) dəyərində 2 milyon 27 min ton (6 faiz çox) yük ixrac edilib, 10 milyard 269 milyon  dollar (18 faiz çox) dəyərində 3 milyon 398 min ton (10 faiz çox) yük idxal olunub.

XQ

İqtisadiyyat