Xatırladaq ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazilərin qardaş Türkiyəyə səfəri baş tutmuşdu.
Səfər edən qazilərdəndən biri də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, ehtiyatda olan kapitan Həmidov Mahur Mahir oğludur.
Səfər çərçivəsində Türkiyə Jandarma Komutanı Orgeneral Arif Çetinlə görüş baş tutmuşdu. Qazimizilə söhbət zamanı A.Çetin Mahirə əsa hədiyyə edəcəyini söz vermişdi.
General Arif Çetinin qazimizə göndərdiyi əsanı bu gün “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli təqdim edib. Mahur Həmidov qazilərə diqqət və qayğıya görə Azərbaycan dövlət rəhbərliyinə, səfəri təşkil etdiyi üçün Emin Həsənliyə, hədiyyə üçün Arif Çətinə təşəkkür edib.