Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

post-img

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

QƏRAR

№ 3-27/3-7-16/2023 

Bakı şəhəri 22 noyabr 2023-cü il 

“İnzibati icraat haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikasının 2022-ci il 20 de­kabr tarixli 727-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlarda dəyişik­lik edilməsi haqqında

“İnzibati icraat haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli Qanununun icrasının tə­min edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 228s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını tə­min etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nöm­rəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nəqliyyat Nazir­liyinin 2011-ci il 14 fevral tarixli 16/Ü nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2011-ci il 16 fevral ta­rixli 4119 nömrəli şəhadətnamə verilməklə, dövlət qeydiyyatına alınmış “Avtomobil nəqliyyatının inf­rastruktur obyektlərinin, o cümlədən avtovağzalla­rın (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə tex­niki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəq­liyyatının digər infrastruktur obyektinə dəyişdiril­məklə yenidən qurulmasına rəyin verilməsi Qay­dası”nda, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qay­daları”nda, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donan­ması gəmilərində heyət üzvlərinin sertifikatlaşdı­rılması haqqında Əsasnamə”də və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 1 iyul tarixli Q/06 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qaydalar”da dəyişikliklər təs­diq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respub­likasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliy­yə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron varian­tında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 3-27/3-7-16/2023 nömrəli qərarı ilə təsdiq edilmişdir 

“İnzibati icraat haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barə­də” Azərbaycan Respublikasının 2022-ci il 20 de­kabr tarixli 727-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlarda edilmiş dəyişikliklər:

1. Azərbaycan Respublikası Nəqliyyat Nazir­liyinin 2011-ci il 14 fevral tarixli 16/Ü nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2011-ci il 16 fevral ta­rixli 4119 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Avtomobil nəqliyyatının inf­rastruktur obyektlərinin, o cümlədən avtovağzalla­rın (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə tex­niki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliy­yatının digər infrastruktur obyektinə dəyişdirilmək­lə yenidən qurulmasına rəyin verilməsi Qaydası”n­da aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlu­matlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılı­ğı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

1.2. 3.1-ci bəndə və 3.2-ci bəndin birinci cüm­ləsinə “çatışmazlıqlar” sözündən sonra “(bu Qay­danın 2.1-1-ci bəndinin müddəaları nəzərə alın­maqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qay­daları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qu­rumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasın­da müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

2.2. 2.3.2-ci yarımbəndə “edilmədikdə” sözün­dən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin müd­dəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. 2.5-ci bəndin birinci cümləsinə “sənədlər” və “çatışmazlıq” sözlərindən sonra “(bu Qaydala­rın 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaq­la)” sözləri əlavə edilsin;

2.4. 2.13-cü bənddən “formaya uyğun olaraq,” sözləri çıxarılsın;

2.5. 2.14.3-cü yarımbəndə “edilir” sözündən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin müddəa­ları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.6. 2.17-ci bəndə “həmin nömrə resurslarının ərizəçiyə ayrılmasını təsdiq edən sənədlər” söz­lərindən sonra “(bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edil­sin.

3. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanma­sı gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılma­sı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Bu Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İn­formasiya Sistemi vasitəsilə müvafiq dövlət orqa­nından (qurumundan) əldə edilməsi mümkün ol­duqda, həmin sənədlər namizəddən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qu­rumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.”;

3.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İn­formasiya Sistemi vasitəsilə müvafiq dövlət orqa­nından (qurumundan) əldə edilməsi mümkün ol­duqda, həmin sənədlər namizəddən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qu­rumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.”;

3.3. aşağıdakı məzmunda 9.5-1-ci bənd əlavə edilsin:

“9.5-1. Bu Əsasnamənin 9.5-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər gəmi sahibindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnfor­masiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi gəmi sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya gəmi sahibi tərəfindən təmin edilir.”;

3.4. 9.6-cı bəndin beşinci abzasına “edilmə­dikdə” sözündən sonra “(bu Əsasnamənin 9.5-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Dövlət Dəniz Ad­ministrasiyasının Kollegiyasının 2013-cü il 1 iyul tarixli Q/06 nömrəli qərarı ilə təsdiq edilmiş “Azər­baycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə adların verilməsi haqqında Qay­dalar”a aşağıdakı məzmunda 11-1-ci hissə əlavə edilsin:

“11-1. Bu Qaydaların 11-ci hissəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qu­rumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər gəminin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi gəminin mülkiy­yətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya gəmi­nin mülkiyyətçisi tərəfindən təmin edilir.”.

Son xəbərlər