Azərbaycan–Türkiyə: hərbi əməkdaşlıq yüksək səviyyədədir

post-img

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

General-polkovnik Z.Həsənov Azər­baycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaş­lığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

H.Akar ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyə­sinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirib və belə səfərlə­rin əhəmiyyətini diqqətə çatdırıb.

XQ

Son xəbərlər