Hikmət Hacıyevin Pakistan səfiri ilə görüşü

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb. Bununla bağlı B.Hayee "X" sosial şəbəkəsində paylaşım edib.

Görüşdə ölkələr arasında əməkdaş­lığın gündəliyi və qarşılıqlı maraq doğu­ran məsələlər müzakirə edilib.

"Pakistan–Azərbaycan dostluğu il­lər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", – səfir qeyd edib.

XQ

Son xəbərlər