Dünya Bankı ölkəmizlə əməkdaşlığa önəm verir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə görüşüb.

Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdi­rilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiya­larının inkişafı, sahibkarlığın dəstək­lənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.

Ştefani Ştallmayster təmsil etdi­yi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam et­dirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın inkişaf pri­oritetləri, Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un ölkəmizdə təşkili barədə müzakirələr aparılıb.

Son xəbərlər