COP29-a Almaniya və Danimarkadan dəstək

post-img

Almaniya xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın bu il ev sa­hibliyi edəcəyi BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

***

Danimarka Krallığının Azərbaycan­dakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti eko­logiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Görüşdə bu ilin noyabr ayında Azər­baycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ət­raf mühitin mühafizəsi sahəsində əmək­daşlığın perspektivləri müzakirə edilib.

XQ



Son xəbərlər