Türkiyəli deputatlar Milli Məclisdə

post-img

Yanvarın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə Komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Paralmentin Sədri iki dost ölkənin qar­daşlıq münasibətlərindən və ölkə rəhbər­lərinin qarşılıqlı səfərlərindən, əlaqələrin getdikcə möhkəmləndirilməsindən söh­bət açıb. Deyib ki, bu dostluğun dünya­da bənzəri yoxdur. Dövlət başçılarımızın qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik sə­viyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəy­yən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçi­rilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Spiker söhbət zamanı qonaqla­ra Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və di­gər məsələlər barədə də məlumat verib.

Səmimi görüş üçün minnətdarlığı­nı bildirən Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəs­sürütlarını bölüşüb. Deyib ki, Azərbayca­nın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dal­ğalanması Türkiyə üçün də qürurvericidir. 

Qonaq Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanaca­ğına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə baş­laması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirə­cək.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər