Azərbaycan Respubli̇kasının Rəqəmsal İnki̇şaf və Nəqli̇yyat Nazi̇rli̇yi̇ni̇n Kollegiyası

post-img

QƏRAR 

№ 3-27/3-7-15/2023 

Bakı şəhəri 7 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avto­mobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respubli­kasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reye­strinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,

rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 3-27/3-7-15/2023 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avto­mobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklər:

1. Adında “Qaydası” sözü “qaydası, proqramı və müddəti” sözləri ilə əvəz edilsin;

2. 3-cü hissədə “Qaydaya əlavə olunan” sözləri “Qaydanın 1 nömrəli Əlavəsində göstərilən” sözləri ilə əvəz edilsin;

3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin;

4. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azər­baycan Yerüstü Nəqliyyat Agentliyində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələ­rində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.”;

4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (18 saat) və praktiki məşğələlər (6 saat) ilə birlikdə 24 saat təşkil edir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.”;

5. 6-cı hissədə “, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında” sözləri “və təlim meydançasında” sözləri ilə əvəz edilsin;

6. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Proqramın tədrisində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Avtomobil nəqliyyatı haqqında” və “Sosial sığorta haqqında” qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın taksi minik avtomobili ilə sərnişin daşımalarına, o cüm­lədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalarından, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən materiallardan istifadə olunur.”;

7. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə bu Qaydanın 1 nömrəli Əlavəsində göstərilən mövzular üzrə məlumat verilir və praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Proqramda nəzərdə tutulmuş sürmə təlimi keçirilir.”;

8. 9-10-cu hissələr ləğv edilsin;

9. Aşağıdakı məzmunda 13-1-13-6-cı hissələr əlavə edilsin:

“13-1. Sürücülər xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydanın 4-cü hissəsində göstərilən qurumlara təqdim etməlidirlər:

13-1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

13-1.2. bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə);

13-1.3. sürücülük vəsiqəsinin surəti.

13-2. Xüsusi hazırlığı keçirən qurumlar tərəfindən bu Qaydanın 13-1-ci hissəsində qeyd edilən sənədlərin Elektron Hö­kumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hal­larda onların təqdim edilməsi sürücülərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sürücülər tərəfindən təmin edilir. 

13-3. Xüsusi hazırlıqda iştirak etmək üçün müraciət etmiş və bu Qaydanın 13-1-ci hissəsində göstərilən sənədləri təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə məlumat verilir.

13-4. Xüsusi hazırlıq üzrə mühazirələr bu Qaydanın 13-5-ci hissəsinin tələbi nəzərə alınmaqla, əyani formada keçirilir.

13-5. Xüsusi hazırlıq üzrə mühazirələr sürücülərin müraciət etdiyi halda, habelə fors-major hallarda həmin mühazirələri keçirən bu Qaydanın 4-cü hissəsində göstərilən qurumların qərarı əsasında distant formada və ya əyani və distant formanın birgə tətbiqi ilə keçirilə bilər.

13-6. Xüsusi hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.”;

10. Qaydaya Əlavə - “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram” aşağıdakı redaksiyada verilsin:

“Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzim­ləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na 1 nömrəli əlavə Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə

P R O Q R A M

 



Son xəbərlər