Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

post-img

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

 

 QƏRAR

№ 3-27/3-7-12/2023

 

 Bakı şəhəri 4 oktyabr 2023-cü il

“Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik opera­torun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyekt-dən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin in­formasiyaların göstəriciləri”nin təsdiq edilməsi haqqında

“Kosmik fəaliyyət haqqında” Azərbay­can Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbay­can Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəriciləri” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qə­rarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respubli­kasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli 3-27/3-7-12/2023 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik opera­torun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyekt­dən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik ope­rator tərəfindən həyata keçirilən ilkin informa­siyaların göstəriciləri

1. “Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Azərbaycan Respublikasında bir­başa yer stansiyası vasitəsilə qəbulu milli kos­mik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəriciləri” “Kosmik fəaliy­yət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qa­nununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır.

2. Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik ob­yektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə mülki təyinatlı ilkin informasiyaların qəbulu milli kosmik operator (“Azərbaycan Respublikasının Kosmik Agent­liyi (Azərkosmos)” qismində Azərbaycan Res­publikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tərəfindən həyata keçirilir:

2.1. sintez olunmuş aperturalı (SAR) ra­dar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin in­formasiya;

2.2. digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

2.3. optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2,0 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

2.4. optik müşahidə cihazı olan kosmik ob­yektdən panxromatik (PAN) spektrdə 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

2.5. müşahidə cihazı olan kosmik obyekt­dən spektrin digər növlərində 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya.

Son xəbərlər