MŞ-də Əməkdar jurnalistin yubiley mərasimi

post-img

Dünən Azərbaycan Mətbuat Şurasında “Ədalət” qəzetinin baş redaktor müavini, şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun 65 illik yubileyi qeyd edilib. 

AMŞ sədri Rəşad Məcid təcrübəli jur­nalistin çoxillik yaradıcılıq yoluna nəzər salaraq bildirib ki, 1980-ci ildə “Təşviqat­çı” jurnalında fəaliyyətə başlayan Əbülfət Mədətoğlu sonrakı illərdə “Araz”, “Qara­bağ”, “Azərbaycan ordusu” qəzetlərində çalışıb. 1992-ci ildən “Ədalət” qəzetinin baş redaktor müavinidir. O, peşəkar jur­nalist fəaliyyəti ilə yanaşı, davamlı bədii yaradıcılıqla da məşğul olub, dəyərli po­eziya və nəsr nümunələri yaradıb. Həm­karımız nüfuzlu yaradıcılıq mükafatlarına layiq görülüb.

Rəşad Məcib çoxillik səmərəli jurna­list fəaliyyəti və 65 illik yubileyi münasibə­tilə Əbülfət Mədətoğluya AMŞ-nin Xatirə diplomunu təqdim edib.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, AMŞ İdarə Heyətinin üzvü, Bey­nəlxalq Avrasiya Mətbuat Fondunun rəh­bəri Umud Rəhimoğlu, Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mirqiyas Seyid­soylu, şairə Kəmalə Abıyeva, yazıçı-pub­lisist Ramiz Göyüş, jurnalist Vəsimə İs­mayılqızı və başqaları yubiliyarı səmimi qəlbdən təbrik edib, ona yeni uğurlar ar­zulayıblar.

Sonda Əbülfət Mədətoğlu yaradıcılığı­na verilən yüksək dəyərə və xoş sözlərə görə iştirakçılara təşəkkürünü bildirib. 

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər