Masallıda “dəyirmi masa”

post-img

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Masallı rayonunda “dəyirmi masa” keçirlib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

MSK üzvü Şaitdin Əliyev bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlu­mat verib. O, MSK tərəfindən ilk dəfə hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçasının əhəmiyyətinə toxunub.

MSK-nın əməkdaşı Cavid Zeynalov görülən təd­birlərdən bəhs edərək, xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətən­daşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər