Qocalara, xəstələrə və əlillərə səsvermə imkanı yaradılacaq

post-img

“Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bu, Seçki Məcəlləsinin tələbinə əsasən həyata keçirilir. Yəni, bu, bizim komissiyaların vəzifəsidir. Əgər səsvermə günü obyektiv səbəbdən məntəqəyə gələ bilməyən seçici varsa, onlar qeydiyyata alınır”.

Bu fikri Mərkəzi Seçki Komissiyasını sədri Məza­hir Pənahov deyib.

O bildirib ki, mobil qutuların çatdırılması da Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, müəyyən tərəf­lərin müşayiətilə həyata keçirilir. Eyni zamanda, bü­tün məntəqələrdə “brayl” əlifbası ilə də səsvermə im­kanı yaradacağıq. Həmçinin hərəkət məhdudiyyətli insanlar üçün pandusların quraşdırılmasına başlanı­lıb. Maksimum dərəcədə çalışmışıq ki, bu qəbildən olan bütün seçicilərimizin hüquqlarını təmin edək.

M. Pənahov beynəlxalq müşahidəçilərin qeydiy­yatdan keçməsi barədə də məlumar verərək deyib ki, indiyədək 400-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Ümumilikdə, yerli müşahidə­çilərlə birlikdə bugünədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Artıq veb-kameraların sınağına başlamışıq. Hesab edirəm ki, səsvermə gününədək bu prosesi tam başa çatdıracağıq.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər