Seçkilərə 3 gün qalanadək bülletenlər məntəqə komissiyalarına təqdim olunacaq

post-img

“Seçki bülletenlərinin çapına artıq başlanılıb. Hesab edirik ki, bir həftəyə çap işi başa çatacaq. Lakin paylanma prosesi üçün çap işlərinin başa çatmasını gözləmirik”.

Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri səs­ləndirib.

O deyib ki, iki gündən sonra, artıq burada kifayət qədər bülleten hazır olanda birinci Naxçıvanda, son­ra ucqar rayonlarda yerləşən dairələrin komissiyala­rını dəvət edirik. Məcəllənin tələbinə uyğun olaraq nümayəndə heyətləri gəlir və bülletenləri rəsmi şə­kildə təhvil alıb dairələrə çatdırırlar. Seçki gününə üç gün qalanadək onlar bülletenləri rəsmi şəkildə məntəqə seçki komissiyalarına təqdim etməlidirlər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər