QMİ sədrinin özbək həmkarı ilə görüşü

post-img

Yanvarın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarovu qəbul edib. 

Görüşdə şeyxülislam Azər­baycanla Özbəkistan arasında tarixi ənənələrə söykənən dost­luq və qardaşlıq münasibətləri­nin yüksək səviyyədə olduğunu qeyd edib. O, A.Paşazadə Öz­bəkistan Müsəlmanları İdarə­sinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarələri Rəhbərləri Şura­sının 2022-ci il oktyabrın 20-də Şuşada imzalanan əsasnamə­sini tarixi sənəd adlandırıb, qurumun ötən ilin noyabrında Buxaradakı toplantısının təşki­linə görə müfti Nuriddin Xolikna­zarova təşəkkürünü bildirib. 

Müfti Nuriddin Xoliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını şeyxü­lislama çatdırıb. Azərbaycana hər gəlişində böyük inkişafın şahidi olduğunu vurğulayan qo­naq ərazi bütövlüyünün təmin edilməsi münasibətilə xalqımızı təbrik edib. 

XQ

Son xəbərlər