ATƏT Seçki Müşahidə Missiyası Ədliyyə Nazirliyində

post-img

Yanvarın 24-də ədliyyə nazirinin müavini Toğrul Musayev növbədənkənar prezident seçkiləri ilə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Eoqan Mörfi və üzvləri ilə görüşüb.

Tədbirdə Seçki Müşahidə Missiyasının məqsəd və fəaliy­yəti, Azərbaycana səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti qeyd olunub. Ölkəmizin ilk dəfə bütün ərazilərində keçiriləcək prezident seçkilərində ədliyyə orqanlarının vəzifələri, siyasi partiyaların seçkilərdə iştirakı, onların fəaliyyətinin yeni qanun­vericiliyin tələblərinə uyğun qu­rulması müzakirə edilib.

XQ

Son xəbərlər