Uşaqların “Qədim Misir”ə bilik səyahəti

post-img

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilən “Uşaqlar üçün incəsənət ta­rixi” adlı layihə davam edir.

Layihənin ikinci proqramı dünyanın ən zəngin sivilizasiyalarından biri olan Misirə həsr olunub.

“Qədim Misir incəsənəti” proqramında misir­lilərin mifoloji dünyagörüşü, dəfn mərasimi, təs­viri sənətdə mövcud olan kanonlar, Sfinks hey­kəli, Giza piramidaları – Xeops, Xefren, Mikerin, Luksor və Karnak məbədlərindən bəhs edən mühazirə keçirilib. 

Daha sonra ustad dərslərində papirusun ha­zırlanma üsulu və üzərində piktoqrafik yazıların işlənmə qaydaları öyrədilib. Maarifləndirici vikto­rina, əyləncəli kvest oyunu uşaqların həftəsonu proqramını daha da yaddaqalan edib.

XQ

Son xəbərlər