Komissiya üzvlərinin peşəkarlığı yüksəldilir

post-img

Növbədənkənar prezident seçkiləri səviyyəsində bir sıra bölgələrdə aşağı seçki komissiyalarının sədr, katib və üzvləri üçün maarifləndirici seminar-treninqlər başa çatıb. Zaqatala- Balakən seçki dairəsinin əhatəsində olan seçki məntəqələrinin üzvləri də həmin təlimlərdə iştirak edərək bilik və vərdişlərini daha da təkmilləşdiriblər. Ümumilikdə, 11 və 112 seçki dairələri üzrə təlimlərə 558 komissiya üzvü cəlb olunub.

Məşğələlər Mərkəzi Seçki Komissiya­sının təlim kursunda iştirak etmiş Mübariz Laçınov və Səyavuş Hüseynov tərəfin­dən aparılıb.

Təlimlərdə əsas məqsəd məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsin­də onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub. İştirak­çılara, həmçinin seçki komissiyalarının strukturu, seçki komissiyaları üzvlərinin rol və vəzifələri barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı, treniqlərdə ko­missiya üzvlərinə seçki günü prosesləri, səsvermə günü müşahidəçilərin hüquq­ları, seçki məntəqəsinin açılması, səs­vermə prosesi, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı və yekun protokolun doldurulması barədə tövsiyələr verilib.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər