Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq çoxtərəfli və perspektivlidir

post-img

Yanvarın 23-də xarici işlər naziri Ceyhun Bayramov Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaş­lıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfa­tı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və digər sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspek­tivlərin mövcud olduğunu məmnun­luqla qeyd edib. Xüsusilə regional və beynəlxalq təşkilatlar, o cümlədən Bir­ləşmiş Millətlər Təşkilatı, İslam Əmək­daşlıq Təşkilatı, Qoşulmama Hərə­katı çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

2024-cü ilin, eyni zamanda, Azər­baycan ilə Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi­nin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən iki ölkə­nin parlamentarilərinin qarşılıqlı səfər­lərinin müsbət rol oynadığı bildirilib. 

Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilmə­si məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, Azərbaycan Respubli­kası Hökuməti və Küveyt Dövləti Hö­kuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

XQ

Son xəbərlər