Gənclər ədliyyə orqanlarında

post-img

Ədliyyə orqanlarında hazırlıqlı gənc hüquqşünasların qulluğa qəbulu məqsədilə davamlı müsabiqələr keçirilir. Bugünlərdə növbəti müsabiqəyə yekun vurularaq uğur qazanmış, əksəriyyətini gənclər təşkil edən hüquqşünaslar ədliyyə orqanlarına qulluğa qəbul edilib və müvafiq təyinatlar aparılıb. Yanvarın 23-də yeni əməkdaşlarla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib. 

Nazir ulu öndər Heydər Əliye­vin əsasını qoyduğu dövlət gənc­lər siyasətinə uyğun olaraq həyata keçirilən bu tədbirlərin ötən 20 ildə daha geniş vüsət aldığını diqqətə çatdırıb. 

Bildirilib ki, ədliyyə orqanların­da da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşı­lır. Gənclərin işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf mü­sabiqə yolu ilə bu günədək 3 min 400-dən çox şəxs qulluğa qəbul olunub. Müsabiqədə uğur qaza­nan namizədlərin 70 faizindən çoxu məhz gənclərdir. 

Sonda qulluğa yeni qəbul olun­muş əməkdaşlar Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib.

XQ

Son xəbərlər