Azərbaycan və Türkiyənin hərb tarixinin, o cümlədən, qəhrəmanlıq salnaməsinin araşdırılması müzakirə olunub

post-img

Yanvarın 22-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov qar­daş ölkə Türkiyə ilə digər sahələrdə oldu­ğu kimi, hərbi təhsil sahəsində də əmək­daşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

Nazir hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçula­rın bilik və bacarıqlarının artırılmasına müsbət təsir etdiyini vurğulayıb.

Professor E.Afyoncu ölkəmizin su­verenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. Hərbi təhsil sahəsin­də həyata keçirilən islahatların bundan sonra da davam etdirilməsinin, eləcə də bu istiqamət üzrə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Sonra E.Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin bi­rinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin mü­şaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əmək­daşlığın genişləndirilməsi üçün geniş im­kanların olduğu qeyd edilib.

XQ

Son xəbərlər