Azərbaycanla mədəni körpüləri yandırmaq ən son addımdır

post-img

Xarici ölkələrlə münasibətlərimizin tarixində ilk dəfə hər hansı bir ölkə ikitərəfli münasibətlərimizə əsaslanmayan və erməni diasporunun təzyiqi altında bu qədər çoxlu sayda qərəzli qətnamələr qəbul edir.

Bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində XIX əsr Azər­baycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə fransız Evianında qoyul­muş abidəsinə qarşı ötən il dekabrın 30-da törədilən vandalizm aktını pis­ləyən Azərbaycan Prezidentinin xüsu­si tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Paris ilə Bakı arasında münasibət­lərdə davam edən diplomatik böhrana həsr olunmuş yazıda bu il yanvarın 18-də Milli Məclisin Fransa Senatının bir gün əvvəl qəbul etdiyi növbəti an­ti-Azərbaycan qətnaməsinə reaksiya­sı qismində Azərbaycan hökumətinə Fransa ilə bütün iqtisadi əlaqələri kəs­mək barədə çağırışı da xatırladılır. 

XQ

Son xəbərlər