Hərbi mövzuda yazan jurnalistlərlə görüş

post-img

Yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri ilə hərbi mövzuda yazan jurnalistlər və ekspertlər arasında görüş keçirilib.

Əvvəlcə xalqımızın Ümummil­li lideri Heydər Əliyevin, eləcə də milli azadlıq uğrunda mübarizəyə qalxmış 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş həmvətənlə­rimizin, həmçinin şəhid jurnalist­lərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayən­dələri tərəfindən müdafiə naziri, general-polkovnik Zakir Həsə­novun müvafiq qərarı ilə təsdiq edilmiş Kommunikasiya Strategi­yasının hesabatı təqdim olunub və Azərbaycan Ordusunda 2023-cü ildə icra edilən döyüş hazırlığı üzrə tədbirlərin icmalından ibarət videoçarx nümayiş etdirilib. Bil­dirilib ki, Azərbaycan Ordusunda 2023-cü il ərzində 143 taktiki-xü­susi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərar­gah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib, eləcə də hərbi qulluqçularımız Azərbaycanda və digər ölkələrdə keçirilən 21 bey­nəlxalq təlimdə iştirak ediblər.

Hesabatda qeyd olunub ki, tədbirlərin işıqlandırılması və na­zirliyin kommunikasiya strategiya­sının icrası ilə bağlı Müdafiə Na­zirliyi tərəfindən 2023-cü il ərzində ümumilikdə 955 məlumat, 4224 foto və 403 videomaterial rəsmi internet səhifəsində və sosial me­dia hesablarında paylaşılıb. Mə­lumatlardan 854-ü rus və ingilis dillərinə tərcümə edilib. İl ərzində media subyektləri tərəfindən Azər­baycan Ordusunun maddi-texni­ki bazasından istifadə edilməklə çəkilişlərin aparılması məqsədilə ünvanlanmış 186 məktub icra olunub. Müraciətlərə əsasən təş­kil olunmuş çəkilişlərdə 11 dövlət qurumu, 160 yerli media sub­yekti, 6 ictimai birlik, 9 prodakşn,radio, xarici media və media mərkəzləri iştirak edib. Bundan başqa, 171 media subyektinin 347 nümayəndəsinin iştirakı ilə hərbi hissələrə 26 media-tur təşkil edilib. Burada müxtəlif mövzular­da çəkilişlər təşkil olunub və hərbi qulluqçuların gündəlik fəaliyyəti jurnalistlərə təqdim edilib. Media nümayəndələri tərəfindən daxil olan 91 sorğu cavablandırılıb.

Ordu rəhbərliyinin ictimaiyyətə bilavasitə açıqlama verməsinin əhəmiyyəti qeyd edilərək, cari il ərzində müdafiə nazirinin 3 mü­sahibəsi və mətbuat konfransının təşkil edildiyi bildirilib. Nazirliyin rəsmi sosial media hesablarında - instaqramda 1437, feysbukda 1478, X-də (tvitter) 1593, teleq­ramda 1567, yutubda isə 446 paylaşım edilib.

Görüş zamanı media subyekt­ləri ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, səmərəlili­yin artırılması məqsədilə perspek­tiv planlar müzakirə olunub. Hər­bi və dövlət sirlərinin qorunması məqsədilə bu tip məlumatların ya­yılmasına yol verilməməsi, qarşı­sının alınması və birgə mübarizə aparılmasının zəruriliyi diqqətə çatdırılıb. Sonda media nümayən­dələri əməkdaşlığın inkişafına dair təkliflərini veriblər.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər