Aşağı seçki komissiyaları üzvləri üçün təlim

post-img

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən yanvarın 17-dən start verilən aşağı seçki komissiyalarının üzvləri üçün treninq proqramı çərçivəsində 44 saylı üçüncü Sumqayıt, 46 saylı beşinci Sumqayıt və 47 saylı Sumqayıt–Abşe­ron-Qaradağ seçki dairələrində treninqlər müvəffəqiyyətlə davam etdirilir. Ma­arifləndirmə tədbirini MSK-nın təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş dairə komissiyalarının üzvləri aparır. Treninqlərə aşağı seçki ko­missiyasının bütün üzvləri cəlb olunublar. 

Tədbir iştirakçılarına seçki gününə dair sənədlərin tərtibi, prosesin gedişi, seçici–məntəqə komissiya üzvünün mü­nasibətləri və digər vacib məsələlər izah olunur. Bununla yanaşı, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim edilib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər