Məqsəd peşəkarlığı gücləndirməkdir

post-img

Növbədənkənar prezident seçkilərinin mütəşəkkil və insidentsiz keçirilməsi üçün aşağı seçki komissiyası üzvlərinin də üzərinə ciddi vəzifələr düşür. Bu məqsədlə maarifləndirmə proqramı çərçivəsində keçirilən treninqlərin növbəti ünvanı 116 saylı Qəbələ seçki dairəsində aşağı seçki komissiyalarının üzvləridir. Hazırda seçki məntəqələrinin 354 üzvü treninqlərə cəlb olunub.

Yanvarın 17-dən başlanan treninqlər­də dairənin tərkibində olan 59 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri iştirak edirlər. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təş­kil olunmuş təlim kursunda iştirak etmiş Aqil Kərimov və Rəşad Mürşüdov apa­rırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri barədə məlumat verilir. Bundan başqa, seçki günü prosesləri, səslərin hesab­lanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, yekun protokolun doldurulması barədədə təlim keçirilir və digər məsələlər barədə metodiki məlumatlar verilir. 

Ötən seçkilərin təcrübəsi də təsdiqlə­yir ki, seçkilərin şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsindən çox asılıdır. Ona görə də, komissiya üzvlərinin peşəkarlıq səviy­yəsinin, bilik və bacarıqlarının daha da artırılması vacib məsələlərdəndir. Aşağı seçki komissiyasının üzvləri seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər