“Seçki günü üçün yaddaş kitabçası”

post-img

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb.

MSK Katibliyinin media və kommuni­kasiya şöbəsindən bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə biliklərinin artırılma­sı, məlumatlılıq və peşəkarlıq səviyyəsi­nin yüksəldilməsi, fəaliyyətlərinin daha da təkmilləşdirilməsindən ibarətdir.

Nəşrdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesin­də müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri barədə rəsmi pro­tokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları ilə bağlı aydın və müfəssəl məlumat verilib.

Seçki Məcəlləsinin müvafiq müddəa­ları və MSK-nın təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənəd­lər əsasında hazırlanan yaddaş kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraq­lanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş kitabçası”­nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər