Masallıda seçki treninqləri

post-img

Masallı rayonunda məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndiril­məsi üçün treninqlər davam edir. Treninqlərin keçirilməsində əsas məqsəd onların bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsidir. 

Bununla yanaşı, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, məntəqə seçki ko­missiyalarının fəaliyyətlərinin təşkili də qarşıya qoyulmuş prioritet vəzifələrdən­dir. Gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki ko­missiyaları üzvlərinin rolu və vəzifələri, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, yekun protoko­lun doldurulması və digər mövzularda müzakirələr aparılır. Aşağı seçki komis­siyasının üzvlərini maraqlandıran suallar cavablandırılır. 

Maarifləndirmə proqramına uyğun keçirilən treninqlər zamanı, həmçinin səsvermə proseslərinə dair praktiki tap­şırıqlar da icra edilir. Tədbirin bütün iş­tirakçılarına təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfin­dən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqın­da protokol nümunəsi, bir sıra digər zəruri material və vəsaitlər verilir.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər