Bilik və bacarıqlar daha da təkmilləşdirilir

post-img

Fevralın 7-nə təyin edilmiş növ­bədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkiləri ilə əlaqədar maarifləndirmə proqra­mı çərçivəsində tədbirlər bütün ölkə üzrə davam edir. Yanvarın 19-da 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər təşkil edilib. Treninqlərdə əsas məqsəd aşağı seçki komissiyaları üzvlərinin bilik və peşəkarlığını artırmaqdır. Treninqi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasının sədri Çingiz Dadaşov və dairənin üzvü Leyla Həşimova aparırlar.

Treninqlər zamanı MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlə­rin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, qarşılaşdıqları problem­lərdən çıxış yolu barədə məlumat verilib. Bununla yanaşı, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidə­çilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların veril­məsi saatları da diqqətə çatdırılıb. Təlim iştirakçıları, eyni zamanda, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, bənövşəyi lampa ilə yoxlanılması, hansı hallarda seçicinin səsvermə hüququndan istifa­də edə bilməyəcəyi barədə də məlumat verilir. Həmçinin bir dairədən olan seçi­cinin başqa dairədə necə səs verməsi, bu halda hansı qaydaların gözlənilməsi məsələləri ətraflı izah olunub. Təlim iş­tirakçılarına yaddaş kitabçası və digər zəruri əyani vəsaitlər, təlimatlar təqdim edilib.

Treninqlərdə aşağı seçki komissiya­sının üzvlərinə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və və­zifələri, seçki materialları və avadanlığı­nın, seçki qutularının hazırlanması, əlavə seçici siyahıları, seçki otağının təşkili qaydaları barədə də məlumat verilir. Tre­ninqə cəlb olunanlar müəyyənləşdirilmə­miş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət edilməsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər və digər məsələlər barədə məlumatlandırı­lıb.

Növbədənkənar prezident seçkilərin­də şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığı, komissiya üzvləri­nin normal fəaliyyəti üçün zəruri avadan­lıqlarla təchiz olunduğu barədə məlumat verildi.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər