Sabirabaddakı “Hophopnamə” Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib. Sərginin açılışında çıxış edən ziyalılar regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin vacib əhəmiyyətindən söz açıblar.
“Mücrü” nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan sərginin təşkil olunmasında yaradılan şəraitə görə hər kəsə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd edək ki, sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.
FİDAN
XQ