Gürcüstanlı mömin soydaşlar Bakıda

post-img

Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali Dini Şurasının sədri Şeyx Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

A.Paşazadə Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq əsasında formalaşdı­ğını vurğulayıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələ­rin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. QMİ-nin Gürcüstanda yaşayan soydaşlarımızın ibadətlərini və dini ayinlərini rahat şəkildə həyata keçir­mək üçün kitabların çap olunduğunu de­yib.

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri kimi ilk xarici səfərini məhz Azər­baycana həyata keçirdiyini deyən Faiq Nəbiyev bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkədə yaşa­yan dindarlar arasında əlaqələrin daha da inkişafında maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır.

Son xəbərlər