ICESCO-nun Ciddə məclisində Azərbaycanın beynəlxalq nüfuzu vurğulandı

post-img

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib. 

“ICESCO-da İnnovasiya” mövzusuna həsr olunan Məşvərət görüşündə 3 fəaliy­yət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir müba­diləsi aparılıb, yaradıcı ideyalar irəli sürü­lüb. Üçüncü fəaliyyət üzrə Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçı­larına məlumat verilib. 

İcraiyyə Şurasının iclasında Azərbay­canın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələ­rinin komitəyə üzvlük müddətinin uza­dılması barədə qərar qəbul edilib. Azər­baycan nümayəndəsi çıxışında ötən ilin ICESCO ilə əməkdaşlıq baxımından ölkəmiz üçün önəmli il olduğunu diqqətə çatdırıb. 

Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Bu­nunla yanaşı, qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mə­rasiminin keçiriləcəyi də bildirilib. Həmçi­nin, 2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduqları 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konf­ransının (COP29) keçiriləcəyi qeyd edilib, təşkilat və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiy­yəti vurğulanıb.

XQ

Son xəbərlər