Ədliyyə Nazirliyində notariat müzakirəsi

post-img

Ədliyyə Nazirliyinin rəsmi feysbuk səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq təşkil olunub. Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.

Brifinqdə ölkəmizin sosial-iqtisadi tərəqqisində və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat ins­titutunun inkişafı ilə bağlı görülən işlər, qa­nunvericilikdəki yeniliklər, bu sahədə tət­biq olunan rəqəmsal innovasiyalar barədə vətəndaşlara məlumat verilib.

Yüz iyirmiyədək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nü­mayəndələri ilə interaktiv formada sual-ca­vab sessiyası keçirilərək onları maraqlan­dıran çoxsaylı suallar cavablandırılıb.

XQ

Son xəbərlər