Sumqayıtda treninqlər

post-img

Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan ölkə miqyaslı tədbirlərə – aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə Sumqayıtda da start verilib. 

Şəhərdə fəaliyyət göstərən seçki məntəqələrində maarifləndirmə proqramı çərçivəsində treninqlər 42 saylı Sumqayıt birinci, 43 saylı Sumqayıt ikinci və 45 saylı Sumqayıt dördüncü seçki dairələrində iş­tirakçıların fəallığı ilə keçirilib.

Treninqləri Mərkəzi Seçki Komissiya­sının təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş müvafiq dairə ko­missiyalarının üzvləri Lamiyə Həsənova, Taleh Həsənov və Əhməd Quliyev apa­rıblar.

Gündə iki dəfə keçirilən tədbirlərə məntəqə seçki komissiyalarının bü­tün üzvləri cəlb olunub. MSK tədbirlərin səmərəliliyini təmin etmək məqsədi ilə bütün seçki dairələrini lazımi ləvazimatlar, broşürlər və vəsaitlərlə təmin edib.

Treninq zamanı iştirakçılara seçki keçirilən gün nəzərdə tutulan qaydalar haqqında müfəssəl məlumat verilib. Ye­kun protokolunun düzgün tərtib olunması və digər qaydalardan söhbət açılıb.

Tədbir iştirakçılarına MSK-nın mütəxəssisləri tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, elə­cə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri meto­diki və əyani vəsaitlər təqdim olunub.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər