Yevlaxda beşgünlük seçki sessiyası

post-img

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlər Yevlax rayonunda da start götürüb. Treninqdə 52 saylı Yevlax seçki dairəsi üzrə 330 aşağı seçki komissiyalarının iştirakı nəzərdə tutulub.

Treninqlər MSK-nın təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərə­findən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanma­sı, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması barə­də metodiki məlumat və tövsiyələr verilir. 

Treninqlər yanvarın 23-də başa çata­caq. Treninqlərdə aşağı seçki komissiya­sı üzvlərinə MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, elə­cə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər